İş təklifi ilə Türkiyəyə gedən şəxs dələduzluqla üzləşib - VİDEO

İş təklifi ilə Türkiyəyə gedən şəxs dələduzluqla üzləşib - VİDEO
SOSİAL
23:51 01.02.2026
750
"Tik Tok" sosial şəbəkəsində aldığı iş təklifi ilə Türkiyəyə gedən şəxs dələduzluqla üzləşib.

AZXEBER.COM-un Xezerxeber.az-a istinadən məlumatına görə, hadisə paytaxt sakini Ramil Nəzərovun başına gəlib.
"Xəzər Xəbər"in vatsap qaynar xəttinə müraciət edən zərərçəkmiş deyir ki, hazırda İstanbuldadır və geri qayıda bilmir.

Dediyinə görə, ona yüksək maaşlı iş təklif edən şəxs zənglərə cavab vermir.

Ramil Nəzərov deyir ki, maddi imkanı olmadığı üçün geri qayıda bilmir. Qaldığı yerdə ona verilən vaxt isə sabah bitir.

Vətəndaşın üzləşdiyi vəziyyətlə bağlı aidiyyəti dövlət qurumları ilə saxladıq. Bildirildi ki, həmin şəxslə əlaqə saxlanılacaq və məsələ araşdırılacaq. 

OXŞAR XƏBƏRLƏR