Bu gün Müsavat Partiyasının başqanı İsa Qəmbər, “El” hərəkatının rəhbəri Eldar Namazov və AXCP sədri Əli Kərimli arasında görüş keçirilib.
Eldar Namazovun APA-ya verdiyi məlumata görə, Müsavat Partiyasının qərargahında keçirilən görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, seçkiyə hazırlıq prosesi, müxalifət düşərgəsində bu istiqamətdə görülən işlər, o cümlədən müxalifətin birgə fəaliyyət imkanları və problemlər müzakirə mövzusu olub.
E. Namazov qeyd edib ki, görüş qapalı xarakter daşıdığından, burada müzakirə olunan məsələlərin detallarının açıqlanması məqsədəuyğun hesab edilmir.