İşğaldan azad olunan torpağımızda Qarabağ şikəstəsi səsləndi - VİDEO

İşğaldan azad olunan torpağımızda Qarabağ şikəstəsi səsləndi - VİDEO
MAQAZİN
02:00 08.04.2016
22704
Tanınmış müğənni Elnur Məmmədov, xanəndə Qaçaq Əsgərovla birgə örnək addım atıb.
AZXEBER.COM-un məlumatına görə, sənətçilər bir neçə gün öncə erməni işğalından azad olunan Lələtəpə yüksəkliyində olublar.
Əsgərlərimizlə görüşən sənətçilər onları təbrik ediblər, Azərbaycan xalqının əsgərlərimizlə qürur duyduğunu ifadə ediblər.
Daha sonra Elnur Məmmədov əsgərlərimizə ruh yüksəkliyi vermək məqsədilə "Anadır, arzulara hər zaman Qarabağ" və Azərbaycan mahnısını ifa edib. Ardınca Lələtəpədə Qarabağ şikəstəsi ifa olunub. Bu video sosial şəbəkədə paylaşılandan sonra minlərlə insan sevinc gözyaşına boğulub və bildirilib ki, Qarabağ torpağı nəhayət ki, öz ana dilinə qovuşdu. İstifadəçilər bu addıma görə müğənnilərə təşəkkür ediblər.
Qeyd edək ki, Elnur Məmmədov və Qaçaq Əsgərov Lələtəpə azad olunandan sonra ora ilk ayaq basan sənətçi olublar. Hələ də cəbhə bölgəsində olan sənətçilər əsgərlərlərimizlə görüşlərini davam etdirir.
OXŞAR XƏBƏRLƏR