14:35 Cümə, 25 May 2018
ÖZƏL

İşdən çıxarılan general danışdı: “Kim deyir ki,..” - ÖZƏL

12:55, 15.05.20187870
İşdən çıxarılan general danışdı: “Kim deyir ki,..” - ÖZƏL
Firudin Nəbiyev: "Mənimlə bağlı heç bir problem yoxdur”
 
Bəzi mətbu orqanlarda işdən çıxarılan keçmiş nazirlərin, komitə və xidmət rəislərinin istintaqa cəlb ediləcəyi, sabiq məmurlar üçün həbs təhlükəsinin yarandığı ilə bağlı informasiyalar dərc edilir.
 
Bu sırada Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi, general-leytenant Firudin Nəbiyevin də adı çəkilir.
 
AZXEBER.COM yayılan məlumatlara aydınlıq gətirmək üçün sabiq xidmət rəisinin özünə müraciət edib.
 
Portalımıza danışan Firudin Nəbiyev bildirib ki, bu barədə onda heç bir məlumat yoxdur: "Kim deyir ki, məni həbs ediblər?! Bu xəbərləri yayanlar kimlərdisə, gedin onlardan soruşun bu informasiyanı hardan alıblar? Çox təəssüf ki, bəzi mətbuat orqanlarında bu cür əsassız, heç bir həqiqət yükü olmayan informasiyalar vaxtaşırı olaraq dərc edilir".
 
Hazırda istirahət etdiyini deyən sabiq xidmət rəhbəri söylədi ki, bu kimi dezinformasiyalara önəm vermək lazım deyil: "Hər şey qaydasındadır. Evimdəyəm, zamanımın çoxunu istirahətə ayırıram. Heç bir problem yoxdur”.
 
Günel,
AZXEBER.COM 
XƏBƏR LENTİ