21:19 şənbə, 17 Avqust 2019
SOSİAL

İşıq limitinə baxılması üçün araşdırmalar aparılır

14:43, 16.05.20193401
İşıq limitinə baxılması üçün araşdırmalar aparılır
Təbii qazın güzəştli tariflə illik istehlak limitinə baxıldı, işıq limitinə baxılması üçün araşdırmalar aparılır.

AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, bunu modern.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib.

V.Əhmədov qeyd edib ki, işıqla bağlı məsələnin həllini tapması üçün ciddi təhlillər aparılmalıdır:

"Bu təhlillər aparılmadan, limitin artırılması düzgün deyil. Yayda və qışda istehlak olunan enerjiyə artan tələbat nəzərə alınaraq, qərar verilməlidir".

Qeyd edək ki, hazırda əhali qrupu üzrə aylıq elektrik enerjisinin tarifi 300 kilovat-saatadək 7 qəpik, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.
XƏBƏR LENTİ