14:05 çərşənbə Axşamı, 23 Oktyabr 2018
GƏNCLİK

"İslahatçı Gənclər" Azərbaycanı Avropada təmsil edəcək

12:38, 06.09.20182711
"İslahatçı Gənclər” İctimai Birliyinin(İGİB) nümayəndələri sentyabr ayında bir sıra Avropa ölkələrində səfərdə olacaq.
 
Bu barədə AZXEBER.COM-a məlumat verən İGİB sədri Fərid Şahbazlının sözlərinə görə, səfərin məqsədi Avropanın müxtəlif strukturları və QHT-ləri ilə yeni əməkdaşlıq əlaqələrinin qurulması və Azərbaycan həqiqətlərinin təbliğidir. Birlik sədri qeyd edib ki, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutacaq səfər Polşa, Belçika, Almaniya və Bolqarıstanı əhatə edəcək..

"Polşanın Varşava şəhərində ATƏT-in İnsani Dəyərlərin Tətbiqi üzrə İllik Toplantısında iştirak edəcəyik. Bu toplantıda ATƏT üzvü olan 57 ölkənin nümayəndələri – səfirlər, diplomatlar, parlamentarilər, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəallar iştirak edirlər. İllik Toplantıda seçki hüququ və demokratik seçkilər, insan hüquqları, media azadlığı, ərazi bütövlüyü, dini inanc azadlığı və radikalizmə qarşı mübarizə, ifadə azadlığı, qaçqın və məcburi köçkünlər, separatizm və terrorçuluğa qarşı mübarizə kimi mühüm mövzular müzakirə olunur.

"İslahatçı Gənclər” İctimai Birliyi olaraq, bu mühüm toplantıda iştirak edərək, müxtəlif mövzularda müzakirələrə qatılacağıq. Təşkil olunan müzakirələrdə Azərbaycanda insan hüquq və azadlıqları sahəsində həyata keçirilən mühüm islahatlar, ölkəmizə qarşı Ermənistan tərəfindən həyata keçirilən işğalçılıq siyasəti və bir sıra digər mövzularda çıxışlar edərək Avropa ictimaiyyətinə geniş məlumatlar verəcəyik

Eyni zamanda konfrans çərçivəsində keçirəcəyimiz yüksək səviyyəli ikitərəfli görüşlər və hazırladığımız çap materialları vasitəsi ilə ölkəmizin haqq səsini Avropa ictimaiyyətinin diqqətinə çatdıracağıq”-deyə F.Şahbazlı qeyd edib.

F.Şahbazlı bildirib ki, Belçika, Almaniya, Bolqarıstana səfər çərçivəsində bu ölkələrin gənclər siyasətinə məsul qurumlarında, parlamentlərində, nüfuzlu qeyri-hökumət-gənclər təşkilatlarında, media qurumlarında görüşlər keçirərək yeni əməkdaşlıq əlaqələri qurulacaq, Azərbaycan həqiqətləri, ölkəmizin gənclər siyasəti modeli haqqında məlumatlar veriləcək.
XƏBƏR LENTİ