Islamçılar Azərbaycan televiziyalarının hazırkı vəziyyətindən narazıdılar

Islamçılar Azərbaycan televiziyalarının hazırkı vəziyyətindən narazıdılar
MARAQLI
13:18 08.12.2010
2041

Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, müraciətdə Azərbaycan televiziyalarının hazırkı vəziyyətindən bəhs edilib, bayağı və islama zidd olan məqamların telekanallarda nümayiş olunduğu bildirilib. Partiya şura sədrinə r Hicri-qəməri təqvimi ilə məhərrəm ayının başlandığı xatırladılır: “Bu ay bütün islam aləmində və onun bir parçası olan Azərbaycanda hüzn və matəm ayı olaraq qəbul edilir. Məhz xalqımızın belə günlərdə sizlərdən, müstəqil Azərbaycan respublikasının milli televiziya kanallarından bayağı, tamaşaçını mənəviyyatsızlığa aparan şou verilişlər deyil, insanlara, ələlxüsus, gənclərimizə vətən qeyrəti, torpaq namusu, milli təəssübkeşlik, İslam vəhdəti duyğularını aşılayan imam Huseyn (ə) məktəbinin mahiyyətini açıqlayan, təlqin edən verilişlər hazırlayıb yayımlamağı gözləyirik”.// qafqazinfo.az

 

OXŞAR XƏBƏRLƏR