İsmayıllıda itkin düşmüş şəxsin meyiti tapıldı

İsmayıllıda itkin düşmüş şəxsin meyiti tapıldı
SOSİAL
12:45 16.03.2021
291
İsmayıllı rayonunda itkin düşmüş şəxsin meyiti tapılıb.

Ağsu rayon sakini 45 yaşlı Ceyhun Abuzərov bir neçə gün əvvəl İsmayıllı rayonunda işlədiyi fermadan çıxıb və geri qayıtmayıb.

Onun meyiti rayonun Qubaxəlilli kəndinin ərazisindəki Şirvan kanalında tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.

Faktla bağlı İsmayıllı Rayon Prokurorluğunda araşdırma aparılır.
 
///Report
OXŞAR XƏBƏRLƏR