İspaniya klubundan Mahirlə bağlı açıqlama - "Hamımızın bəyəndiyi futbolçudur"

İspaniya klubundan Mahirlə bağlı açıqlama - "Hamımızın bəyəndiyi futbolçudur"
İDMAN
20:32 07.08.2019
7219
İspaniyanın "Estremadura" klubunun idman direktoru Lopes Ramos transfer etmək istədikləri "Qarabağ"ın futbolçusu Mahir Emreli ilə bağlı danışıb.

AZXEBER.COM qol.az-a istinadən xəbər verir ki, klub rəsmisi yerli mətbuata açıqlamasında 22 yaşlı hücumçunun "Qarabağ"la Çempionlar Liqasında iştirak etdiyini xatırladaraq bildirib ki, bu transferdə bir az səbirli olmaq lazımdır:

"Mahir Emreli hamımızın bəyəndiyi futbolçudur. Rəhbərlik və məşqçilər korpusu onu burada görmək istəyir. Ancaq burada incə bir məqam var - Mahir hazırda klubu ilə Çempionlar Liqasında mübarizə aparır. Danışıqların əsas iştirakçısı olduğumuzu bilirik. Amma səbrli olmalıyıq".

Qeyd edək ki, "Estremadura" İspaniyanın 2-ci liqası olan Sequndada çıxış edir. Mahir Emreli ilə Sequndanın digər iki klubu - "Malaqa" və "Almeriya"nın da maraqlandığı haqda məlumatlar yayılıb.
OXŞAR XƏBƏRLƏR