İsrail Baş naziri Hizbullaha xəbərdarlıq edib

İsrail Baş naziri Hizbullaha xəbərdarlıq edib
DÜNYA
19:43 07.01.2024
255
İsrail Baş naziri Benyamin Netanyahu (Benjamin Netanyahu) Hizbullah qruplaşmasına xəbərdarlıq edib.

O, bu barədə hökumətin iclasında danışıb.

Baş nazir söyləyib ki, Hizbullah HƏMAS-ın başına gələn dərsdən nümunə götürməlidir: "Heç bir terorrçu təhlükəsiz deyil. Biz vətəndaşlarımızı qorumaq əzmindəyik. Bu, bizim məqsədimizdir”.

O bildirib ki, İsrail Hizbullahla münaqişəni siyasi yolla həll etməyə də hazırdır: "Lakin adekvat cavab verilməsə, başqa variantlardan istifadə edəcəyik”.

Qeyd edək ki, İsrail dünən Hizbullahın obyektlərini atəşə tutub.

Xatırladaq ki, İsraillə HƏMAS arasında müharibə ötən il oktyabrın 7-də başlayıb.
 
///Report
OXŞAR XƏBƏRLƏR