İsrail HƏMAS-ın gizli liderinin yeni fotosunu yaydı

İsrail HƏMAS-ın gizli liderinin yeni fotosunu yaydı
DÜNYA
10:40 07.01.2024
179
İsrailin illərdir axtardığı HƏMAS-ın liderlərindən olan Muhammed Deifin yeni görüntüləri üzə çıxıb.
    
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, son aylarda Fələstində dinc əhaliyə qarşı qeyri-mütənasib zorakılıq tətbiq edən İsrail ordusu tarixi açıqlanmayan fotoşəkillərin Qəzzada ələ keçirilən 70 milyon rəqəmsal fayldan toplandığını açıqlayıb.
 
Fotolarda haqqında az tanınan Deif bir tədbirdə görünüb.
 
Fotolardan birində o, əlində ABŞ dolları tutur və onun yanında başqa bir kişi görünür.
 
İsrailin aparıcı media qurumlarından biri olan "Yedioth Ahronot"un saytında bu şəklin 2018-ci ildə çəkildiyi iddia edilib.
 
Digər tərəfdən, Maariv media orqanı, İsrail ordusunun Deyfin heç bir dəstəyə ehtiyacı olmadan, yüngülcə axsaq getdiyinə dair sübuta malik olduğunu iddia edib.

7 oktyabr 2023-cü ildə Qəssam Briqadaları tərəfindən həyata keçirilən hücumun memarı olduğu düşünülən Deyfin həyatı boyu ən az 7 sui-qəsd cəhdindən sağ çıxdığı ifadə edilib.
 
2014-cü ildə ona edilən sui-qəsddən son anda xilas olan Deif həmin hücumda həyat yoldaşını, körpə oğlunu və 3 yaşlı qızını itirib.
 
Deyfin 2021, 2001, 2002, 2003 və 2006-cı illərdə sui-qəsd cəhdlərinə məruz qaldığını bildirən İsrail mediası onun 2006-cı ildə ayaqlarını itirdiyini iddia edib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR