İsrail Hərbi Kəşfiyyatının rəisi 7 oktyabr hücumlarına səbəb olan uğursuzluğa görə istefa verib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İsrail Hərbi Kəşfiyyatının rəisi, general-mayor Aharon Haliva oktyabrın 7-də baş verən hücumlara səbəb olan uğursuzluğa görə istefa vermək qərarına gəlib.
İsrail ordusundan verilən açıqlamaya görə, general-mayor Haliva istefa məktubunu Baş Qərargah rəisi Herzi Haleviyə təqdim edib.
Haliva istefa məktubunda "Komandirliyimdəki kəşfiyyat birliyi öz missiyasını yerinə yetirə bilmədi. Müharibənin ağrısını əbədi olaraq daşıyacağam. İndi məsuliyyəti boynuma götürmək və vəzifəmi bitirmək istəyirəm" deyib.
Bildirilib ki, İsrail ordusu 7 oktyabr hücumlarına səbəb olan uğursuzluqlarla bağlı ordu daxilində araşdırmaya başlamaq üçün komandanlıqlara göstəriş verib. Martın əvvəlində İsrail ordusundan verilən yazılı açıqlamada, HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının 7 oktyabr 2023-cü ildə hücuma hazırlığından xəbəri olmayan hərbi birləşmələrin və ya Hücumdan əvvəl kafi tədbir almadığı düşünülərək, daxili araşdırmalar edəcək.
Bildirilib ki, araşdırmalar 2018-ci ilin martından 2023-cü il oktyabrın 10-dək olan 5 il ərzində orduda baş vermiş əməliyyat uğursuzluqlarına yönələcək.
Mikayıl