İsrailin mümkün hücumuna qarşı Beyrut hava limanında bütün uçuşlar dayandırılıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Beyrut Rəfiq Həriri Beynəlxalq Hava Limanında mümkün uçuşlar iyulun 28-indən başlayaraq dayandırılıb.
Livan dövlətinə məxsus Middle East Airlines (MEA) dünən Beyrutdan bəzi uçuşları iyulun 29-u səhərə qədər təxirə saldığını açıqlayıb.
Qeyd edək ki, İsrail işğal altında olan Colan Təpələrindəki Majdel Şəms qəsəbəsində futbol meydançasına raket atıb.
Hücum nəticəsində aralarında uşaqların da olduğu 12 nəfər həyatını itirib, 17-si ağır olmaqla 35 nəfər yaralanıb.
Mikayıl