İsrail orqan ticarətində ittiham olunur - İstintaq komitəsi yaradılacaq

İsrail orqan ticarətində ittiham olunur - İstintaq komitəsi yaradılacaq
DÜNYA
11:24 27.12.2023
145
Fələstin hökuməti İsraili cəsədlərindən orqanları oğurlamaqda ittiham edib.
  
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, Qəzza hökuməti məsələ ilə bağlı müstəqil beynəlxalq istintaq komitəsinin yaradılmasını istəyib.

Hökumətin Qəzzadakı Media Ofisindən verilən yazılı açıqlamada İsrailin 27 oktyabrda başlatdığı quru əməliyyatından sonra öldürülən və müsadirə edilən 80 fələstinlinin cəsədinin ləyaqətinin heçə sayıldığı bildirilib.
 
Cəsədlərin dünən Qəzza zolağının cənub-şərqindəki Kerem Əbu Səlim Sərhəd Qapısından qəbul edildiyi xatırladılan açıqlamada deyilir:
 
"Cəsədlərin araşdırılmasından sonra şəhidlərin üz cizgilərinin əhəmiyyətli dərəcədə dəyişdiyi məlum oldu. Bu açıq-aydın bir ifadədir. İşğalçı qüvvələrin şəhidlərin cəsədlərindən həyati orqanlarını oğurladığını göstərir”.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR