İsrail ordusunun Qəzzada 5 mərtəbəli binaya hücumu nəticəsində ölənlərin sayı 77-yə yüksəlib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İsrail ordusu Qəzza zolağının şimalında yerləşən Əbu-Nasir ailəsinə aid 5 mərtəbəli binanı bombalayıb.
Nəticədə aralarında qadın və uşaqların da olduğu 77 fələstinli həyatını itirib, çoxlu sayda insan isə yaralanıb.
Mülki müdafiə və təcili yardım maşınları əraziyə çata bilmədiyi üçün dağıntılar altından xilas olunmağı gözləyən insanlar qalıb.
Qeyd edək ki, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağında həyata keçirdiyi hücumlarda təxminən 17 min 210-u uşaq, 11 min 742-si qadın olmaqla 43 min 20 fələstinli həyatını itirib, 101 min 110 nəfər isə yaralanıb.
Cəmalə