İsrail: Qırmızı dənizdəki düşmən hədəflərinə müdaxilə etdik

İsrail: Qırmızı dənizdəki düşmən hədəflərinə müdaxilə etdik
DÜNYA
09:15 27.12.2023
124

İsrail ordusu ölkənin cənubundakı Eylat şəhərinə doğru irəliləyən düşmən hədəfinə müdaxilə etdiyini açıqlayıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, döyüş təyyarələrinin pilotsuz uçuş aparatına (PUA) müdaxilə etməsinin görüntüləri İsrail ordusunun "X”sosial media hesabında yayımlanıb. 

İsrail ordusu radiosu həmçinin PUA-nın İsrailin cənubunda, Qırmızı dənizin şimalında Aqaba körfəzi sahilində yerləşən Eylat şəhərinə göndərildiyini açıqlayıb. 

Sözügedən PUA-nın hara və kimlər tərəfindən göndərilməsi ilə bağlı İsrail ordusu tərəfindən heç bir məlumat paylaşılmayıb.

Gülay

OXŞAR XƏBƏRLƏR