İsrailin Hərbi Nazirlər Kabinetinin bu gün İrana qarşı cavab hücumunu qiymətləndirmək üçün bir daha toplanacağı və Təl-Əvivin "ölçülmüş, orta və ya hərtərəfli” hücum variantlarını nəzərdən keçirdiyi bildirilib.
AZXEBER.COM axrici mətbuata istinadən xəbər verir ki, İsrailin "Kanal12” televiziyasının yaydığı xəbərə görə, Nazirləri Kabineti 13 apreldə İranın hücumlarına görə cavab tədbirləri ilə bağlı razılığa gəlsə də, bu cavabın zamanı, yeri və miqyasını qiymətləndirmək üçün bu gün bir daha toplanır.
İsrail hərbçiləri bazar ertəsi gecə Hərbi Nazirlər Kabinetinə təqdim etdikləri variantlar arasında "ölçülü hücum” adlandırılan "fiziki raket və ya hava hücumu deyil, İrana kiberhücum təşkil etmək” variantı önə çıxıb.
Belə ki, kiberhücuma əlavə olaraq hərbi bazaya və ya obyektə hücum variantı "orta hücum" kimi qiymətləndirilib.
"Hərtərəfli hücum”a gəlincə, kiberhücumdan əlavə, İran boyu hərbi baza və obyektlər də daxil olmaqla, çoxsaylı strateji nöqtələrə hücum variantı müzakirə edilib.
Hücumun vaxtı ilə bağlı yekun qərar olmasa da, baş nazir Benyamin Netanyahunun müxalifət liderlərini mümkün addımlar barədə məlumatlandırması planlaşdırılır.
Bildirilir ki, ABŞ da İsrailin mümkün cavab tədbirlərini daha məhdud saxlamasını və atacağı addımlar barədə Vaşinqtonu məlumatlandırmasını istəyir.
İsrailin yüksək rütbəli rəsmiləri ABŞ-ın rəhbərliyi altında İrana qarşı "birgə diplomatik və siyasi kampaniyadan” məmnun olduqlarını vurğulayıblar.
Gülay