İsrail vətəndaşlarını Azərbaycana səfər etməkdən çəkinməyə çağırıb

İsrail vətəndaşlarını Azərbaycana səfər etməkdən çəkinməyə çağırıb
Bütün Xəbərlər
12:15 25.08.2015
1140

İsrail dövlətinin terrorçuluqla mübarizə bürosu ölkədə payız aylarındakı tətil günləri zamanı əhalinin səfər etməkdən çəkinməli olduğu ölkələrin siyahısını açıqlayıb.

 AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Azərbaycan İsrail xalqı üçün potensial təhdidin davam etdiyi ölkə kimi qeyd olunub. Bu siyahıda Türkiyənin də adı var.

 Ümumilikdə bəyanatda 27 dövlətə səfərlərin İsrail vətəndaşları üçün təhdid olduğu bildirilib. Daha 6 ölkə, o cümlədən İran "xüsusilə təhlükəli ölkələr" siyahısına salınıb. Daha 8 turizm bölgəsinin adı da təhlükəli ərazilər siyahısına daxil edilib. 

OXŞAR XƏBƏRLƏR