İsrail qüvvələri ölkənin cənubundakı Beri bölgəsində bir qrup jurnalisti hərbi bölgədə çəkiliş apardıqları səbəbilə saxlayıb.
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, İsrail qüvvələri Qətərdə fəaliyyət göstərən Əl-Cəzirə televiziyası və NTV müxbirlərini ölkənin cənubundakı Beri adlanan qəsəbədə hərbi zonada çəkiliş apardıqları səbəbi ilə saxlayıb.
Əl-Cəzirə müxbirlərinin oktyabrın 7-dən İsrail qüvvələrinin hücumlarını davam etdirdiyi Qəzza zolağı yaxınlığında qəsəbəsində çəkiliş apardıqları bildirilib.
Xəbərdə Əl-Cəzirə müxbirlərinin İsrail qüvvələrinin görüntü və fotoşəkillərini çəkdiyi iddia edilsə də, İsrail ordusu hələlik mövzu ilə bağlı açıqlama verməyib.
Ziv Əl-Cəzirə müxbirlərinin çəkiliş üçün ləvazimatlarını çıxarmadan saxlanıldığı məlumatını paylaşarkən, onların 3 saat sonra sərbəst buraxıldıqlarını qeyd edib.
Mikayıl