İsraildən Livana təhdid: Bizim vura bilməyəcəyimiz bölgə yoxdur

İsraildən Livana təhdid: Bizim vura bilməyəcəyimiz bölgə yoxdur
DÜNYA
12:03 11.01.2024
143
İsrailin Qəzzaya hücumlarının bölgədə genişmiqyaslı müharibəyə səbəb ola biləcəyi ilə bağlı narahatlıqlar var.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, münaqişələrin Livana da keçə biləcəyi bildirilərkən, Təl-Əvivdə təhdid xarakterli bəyanatlar səsləndirilib.

İsrail Baş Qərargah rəisi Herzi Halevi "Livanda İsrail əsgərlərinin məhv edə bilməyəcəyi heç bir ərazi olmadığını" iddia edib.

Ordudan verilən məlumata görə, Halevi Qəzza zolağında İsrail əsgərləri ilə görüşüb.

İsrail ordusunun Qəzzaya quru hücumlarında müvəffəqiyyətli olduğunu deyən Halevi oradakı əsgərlərə bunları deyib:

"Qəzzada girib məhv edə bilməyəcəyiniz kilometr olmadığı kimi, Livanda da elə bir davamlı sahə yoxdur”.

Ayşən
OXŞAR XƏBƏRLƏR