İsraildən təəccüblü açıqlama: Biz məhkəmə hakimiyyətini tanımırıq

İsraildən təəccüblü açıqlama: Biz məhkəmə hakimiyyətini tanımırıq
DÜNYA
15:04 21.05.2024
114
İsrailin müdafiə naziri Yoav Qalant dünən Beynəlxalq Cinayət Məhkəməsinin atdığı addımlardan danışıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İsrailin müdafiə naziri Yoav Gallant Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) baş prokuroru Kərim Xanın İsrailin baş naziri Benyamin Netanyahu və özünə qarşı həbs qərarı verilməsi üçün müraciət etdikdən sonra "Məhkəmənin səlahiyyətini tanımadıqlarını" deyib.

Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, Qalant İsrailin oktyabrın 7-dən bu yana 35 mindən çox dinc sakinin öldüyü, 80 minə yaxın insanın isə yaralandığı Qəzza zolağına hücumlarının "beynəlxalq hüquqa uyğun olduğunu" müdafiə edib.

Netanyahu və özünə qarşı həbs qərarı üçün müraciət edən ICC Baş prokuroru Hanın müvəffəqiyyət qazanmayacağını iddia edən Qalant "İsrail Dövləti Məhkəmənin (ICC) tərəfi deyil və məhkəmənin səlahiyyətini tanımır", - deyə bildirib.
 
Xatırladaq ki, BCM-nin baş prokuroru Kerim Han Netanyahu və müdafiə naziri Qalant üçün "həbs orderi” üçün müraciət etdiyini açıqlamışdı.

Mikayıl
OXŞAR XƏBƏRLƏR