İsrailə qarşı soyqırım iddiası qaldırıldı

İsrailə qarşı soyqırım iddiası qaldırıldı
DÜNYA
09:36 30.12.2023
206
Cənubi Afrika Respublikası İsrailin oktyabrın 7-dən etibarən Qəzzada törətdiyi hərəkətlərə görə Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı iddia qaldıraraq, müvəqqəti qərar verilməsini istəyib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Beynəlxalq Ədalət Məhkəməsindən verilən açıqlamada Cənubi Afrikanın İsrailin Qəzza zolağında fələstinlilərə qarşı "Soyqırım sözləşməsi”ndən irəli gələn öhdəliklərini pozduğu əsası ilə müraciət etdiyi bildirilib. 

Açıqlamada Cənubi Afrikanın "7 oktyabr 2023-cü il tarixindən bu yana soyqırımın qarşısını ala bilmədiyi və soyqırıma yönəlik birbaşa və açıq təxribatları təqib etmədiyi" səbəbiylə İsrailə qarşı qadağa tələb etdiyi bildirilib.

Gülay
OXŞAR XƏBƏRLƏR