İsrailin Livana hücumları nəticəsində 547 nəfər ölüb

DÜNYA
15:38 14.08.2024
137
Livanın Səhiyyə Nazirliyi İsrail hücumları nəticəsində ölənlər haqda məlumat yayıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Livanın Səhiyyə Nazirliyi İsrail ordusu ilə Hizbullah Hərəkatı sərhədində baş verən qarşıdurmalarda ölən və yaralananlarla bağlı açıqlama verib.

Açıqlamaya görə, İsrailin 2023-cü il oktyabrın 8-dən bu yana həyata keçirdiyi hücumlarda 547 nəfər həyatını itirib, 1765 nəfər isə yaralanıb.

Nazirliyin açıqladığı ölənlərin sayına öldürülən Hizbullah üzvləri də daxildir.
 
Qeyd edək ki, Hizbullah Hərəkatı İsraillə toqquşmalarda indiyədək 409 üzvünün öldüyünü açıqlayıb.
 
Gülay
OXŞAR XƏBƏRLƏR