İsrailin Livana hücumlarında ölənlərin sayı 2 min 574-ə yüksəlib

DÜNYA
12:38 24.10.2024
111
İsrail ordusunun Livana hücumlarında ölənlərin sayı 2 min 574-ə, yaralıların sayı isə 10 min 906-ya yüksəlib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Livan Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrail ordusunun hava hücumları nəticəsində dünən 28 nəfərin öldüyü, 139 nəfərin yaralandığı bildirilib.

8 oktyabr 2023-cü ildən Livana hücumlarında həyatını itirənlərin sayı 2 min 574, yaralananların sayı isə 12 min 1-ə yüksəlib.
 
Cəmalə

OXŞAR XƏBƏRLƏR