İsrailin müdafiə naziri: Heç kimin bizi tənqid etməyə haqqı yoxdur

İsrailin müdafiə naziri: Heç kimin bizi tənqid etməyə haqqı yoxdur
DÜNYA
11:09 22.05.2024
126
"Dünyada heç kimin İsraili tənqid etməyə haqqı yoxdur”.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri İsrailin müdafiə naziri Yoav Qalant Livan sərhədində zabit və əsgərlər ilə görüşü zamanı deyib. 

Qalant İsrail ordusunun Qəzza zolağının cənubunda və şimalında, eləcə də Livan sərhədində hücumlar həyata keçirdiyini bəyan edərək, Qəzzadakı qarşıdurmaların Livan sərhədindəki münaqişələr, xüsusən də İsrail ordusu üçün təcrübə olduğunu bildirib.

Qalant iddia edib ki, "Fələstin Muxtariyyəti, Həmas, Hizbullah və İrandakı düşmən ünsürlər tərəfindən idarə olunan İsraili özünü müdafiə etmək hüququndan məhrum etmək cəhdi” var.

İsrail üzvü olmadığı BCM-nin yurisdiksiyasını rədd etsə də, Fələstinin 2015-ci ildə BCM-yə üzv olması İsrailin 1967-ci ildə işğal etdiyi Fələstin ərazilərində cinayət törədən İsrail rəsmilərini mühakimə etməsinə yol açır.

Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru Kerim Han İsrailin baş naziri Netanyahu və müdafiə naziri Gallant üçün "həbs orderi” üçün müraciət etdiyini açıqlamışdı.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR