İsrailli nazir yüzlərlə yəhudiylə Məscidül-Əqsaya hücum etdi

DÜNYA
14:15 13.08.2024
139
İsrailin milli təhlükəsizlik naziri Ben-Qvir minlərlə fanatik yəhudi ilə Əl-Əqsa məscidinə hücum edib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Qüds İslam Vəqfləri İdarəsindən verilən açıqlamaya görə, Əl-Əqsaya basqına təxminən 2250 fanatik yəhudi qatılıb.

Bəzi fanatik yəhudilərin Məscidül-Əqsada Talmudik ayinlərini yerinə yetirərək yerə səcdə etdikləri görülüb.

Ben-Qvir də sonrakı saatlarda böyük polis qrupu ilə Məscidül-Əqsaya hücum edib.

Ben-Qvir Əqsadan videomüraciətində "Buranın idarəçiliyi və suverenliyi ilə bağlı böyük irəliləyişlər var. Görünür, yəhudilər burada ibadət edirlər. Daha əvvəl dediyim kimi, bizim siyasətimiz yəhudilərin burada ibadət etməsinə icazə verməkdir", - deyə nazir qeyd edib.
 
Qəzzada atəşkəs və qarşılıqlı məhbus mübadiləsi razılaşması danışıqlarına toxunan Ben-Qvir "Biz bu müharibədə qalib gəlməliyik. Qahirə və Doha danışıqlarında iştirak etməməliyik, ancaq qələbəyə nail olmalıyıq", - deyib.
 
Qeyd edək ki, Ben-Qvir ötən ay Netanyahunun ABŞ-yə səfəri zamanı yəhudilərin Məscidül-Əqsada namaz qılmasına icazə verdiyini demişdi.
 
İsrail Baş Nazirlik İdarəsindən edilən açıqlamada Ben-Qvirin əksinə olaraq, Hərəm Əl-Şərifdə status-kvonun dəyişmədiyini bildirib.

Onu da əlavə edək ki, Məscidül-Əqsa müsəlmanların ilk qibləgahı kim tanınır.

Mikayıl
OXŞAR XƏBƏRLƏR