Türkiyənin nüfuzlu İstanbul Aydın Universiteti(İAU)2-11 aprel tarixlərində Bakı və Gəncə şəhərlərində təşkil olunan təhsil sərgilərində iştirak edib.
Bu barədə Editor.az-a məlumat verən universitetin təmsilçisi Səbinə Hüseynova deyib ki, qatıldıqları sərgilərdə İstanbul Aydın Universitetinə böyük maraq olub: "Sərgilərə qatılan gənclər və digər şəxslər universitetimizin standına böyük maraq göstərərək, İAU-dakı təhsil şəraiti, universitetin maddi-texniki bazası ilə maraqlanıblar. Ümumilikdə qatıldığımız sərgilərdə yüzlərlə gənc İstanbul Aydın Universitetinin standını ziyarət edib".
Səbinə Hüseynova eyni zamanda bildirib ki, İstanbul Aydın Universiteti Qlobal Karyera İnsitutu ilə birgə Bakıda "Şagirdlər üçün internet və İKT resurslarından faydalanaraq layihə hazırlama metodları" mövzusunda iki günlük kurs təşkil edib. Kursda İAU-nun kafedra müdürü Devrim Akgündüz Bakıdan və bölgələrdən olan müəlllimlərə təlim keçib.