Bu haqda AZXEBER.COM-a əməkdar incəsənət xadimi Məlahət Abbasova məlumat verib.
Onun dediyinə görə, film Türkiyənin ən nüfuzlu kinoteatrlarından hesab edilən "Beyoğlu Sineması"nda nümayiş etdiriləcək: "Bildiyiniz kimi, Elçin Musaoğlunun “Nabat” filmi Amerika Kinematoqrafiya İncəsənəti və Elmləri Akademiyasının ən məşhur və nüfuzlu mükafatı olan “Oskar”a təqdim olunub. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C. Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında çəkilən “Nabat” filmi Qarabağ müharibəsindən bəhs edir və bu filmin bu gün saat 19:00-da İstanbulda Beyoğlu sinemasında nümayiş etdiriləcək. Əminəm ki, tamaşaçılar bəyənəcəklər".
Məlahət Abbasova həmçinin onu da qeyd edib ki, "Nabat" ilk Azərbaycan filmidir ki, Beyoğlu Sinemasında nümayiş etdiriləcək.