İstanbuldan İzmirə uçan Türkiyə Hava Yollarına məxsus təyyarəni ildırım vurub.AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə zamanı göyərtədə 114 sərnişin olub.Məlumata görə, hava gəmisinin mühərriklərindən biri dayanıb və təyyarə İzmirin “Adnan Menderes” hava limanında məcburi eniş edib.Hadisə nəticəsində zərərçəkən olmayıb, lakin bir çox sərnişinlər təşvişə düşüb və təcili yardım həkimləri onlardan bəzilərini müayinə etməli olub.