İstefada olan general-polkovnik vəfat etdi

İstefada olan general-polkovnik vəfat etdi
SOSİAL
13:00 13.05.2021
797
Görkəmli hərbi və dövlət xadimi, Böyük Vətən Müharibəsi iştirakçısı, Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında və hərbi kadrların hazırlanmasında xüsusi xidmətlər göstərmiş istefada olan general-polkovnik Tofiq Yaqub oğlu Ağahüseynov vəfat edib.

AZXEBER.COM-un "Report"a istinadən verdiyi xəbərinə görə, o, 98 yaşında dünyasını dəyişib.

Müdafiə Nazirliyinin rəhbərliyi T.Ağahüseynovun vəfatı ilə bağlı mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Allah rəhmət eləsin!
OXŞAR XƏBƏRLƏR