‘İstəyirəm desinlər ki, Xumar həmin şəxsin anasıdır' – MÜSAHİBƏ – FOTOLAR

MAQAZİN
11:30 28.12.2012
3991

Xumar Qədimova: “Sona Vəliyevanın sözlərinə də musiqi bəstələyəcəm”

Tanınmış müğənni Xumar Qədimovanın AZXEBER.COM-a müsahibəsi

-Xumar xanım sənətinizlə bağlı nə kimi yeniliklər var? Keçən ildən təməli qoyulan bir neçə mahnım demək olar ki, hazırdır. Ramiz Rövşənin “Gedək biz olmayan yerə” sözlərinə musiqi bəstələmişəm. Çox gözəl mahnıdır. Bundan əlavə Sona Vəliyevanın sözlərinə də musiqi bəstələyəcəm. Həmin bu mahnıda bəzi sənət yoldaşlarım da mənimlə birgə oxuyacaqlar. Maraqlı bir kompazisiyadır. Bir də onu qeyd edim ki, Türk və Azərbaycan mahnılarını Xumar üslubunda oxuyacam. -Sizi digər sənətçilərimizdən fərqləndirən nədir? Mən elə bir qadın deyiləm ki, kiminsə arxası ilə danışam. Ona pislik edəm. Amma hər kəs kimi mən də ailəmlə birlikdə olduqda, söhbət əsnasında kimlər haqqındasa kiçik də olsa danışıram. Bu da necə olur? Onlar danışarkən mən də onlara qoşuluram. Amma düzünü desəm heç yadıma da düşmürlər. Xumarı fərqli edən onun iç dünyasıdır.

Bu yaxınlarda gülməli bir hadisə oldu. Müğənnilərimizdən söhbət düşdü. Mən sadəcə dinləyərək ifaçının kim olduğunu ayırd etmək istəyirdim. 4 sənətçimizin adını çəkdim. Ancaq tapa bilmədim kim olduğunu. Çünki, səsləri bir-birinə çox bənzəyir. -Həyatda nədən ilham alırsınız? Sevgidən. Öz dünyamdan. Məni yaşadan bunlardır. Sənətimdir. -Nəyi gördükdə kövrəlirsiniz? Belə deyim, baxır hansı anda nəyə kövrəlirəm. Həmin andan çox şey aslıdır. Ola bilər ki, boynunu bükmüş bir uşaq görüm. Bu məni kövrəldər. Bəlkə də xoşbəxt bir uşaqdır. Ancaq məni narahat edər ki, o nə üçün elə dayanıb. -Övladınızın hansı peşəyə sahib olmasını istərdiniz? Övladımın savadlı, ziyalı, bəxtəvər birisi olmasını istərdim. İndi onu Xumar Qədimovanın oğlu kimi tanıya bilərlər. Ama istəyirəm ki, desinlərki Xumar həmin şəxsin anasıdır. Şərt deyil ki, hansısa bir vəzifəyə sahib olsun. Mən ona heç vaxt demərəm ki, sən mütləq elə burda olmalısan. Yox. Özü seçəcəyi yerdə olsun. Ancaq ziyalı olsun. Bu mənə yetər. -Xumar xanım sizin üçün təmiz yolla həqiqətə çatmaq çətindirmi? Tutaq ki, kimsə düzgün olmayan yollarla nəyəsə nail olur. İnsanlar var məqsədinə çatmaq üçün hər cür yola düşürlər. Amma mən onlardan deyiləm. Mən necə varamsa, eləyəm. Bütün bunlar ola-ola, mən Xumar Qədimova ola bilmişəm. Allahın mənə bəxş etdiyi səslə bu günə gəlib çıxmışam. Məncə bu cür ad qazanmaq, o biri cür yollardan daha şərəflidir. -Elə insanlar var ki, bəxti sürükləyir, elə insanlar da var ki, bəxt onu sürükləyir. Bəs sizdə necədir? - Müğənni var ki, reklamın arxasında dayanır. Amma mənim üçün reklam mənim arxamda dayanır. Belə olduqda insan işindən həzz alır. -Xumar Qədimova özünüzə tez-tez hesabat verir? Yox. Demək olar ki, özümə hesabat vermirəm. Hesabatı o insan özünə verər ki, hansısa bir iş görür və ondan narazı qalır. Amma peşmançılıq çəkmişəm. -Xumar xanımı nə sevindirir? Həyatda düzgünlüyə, haqqa, ədalətə baxdıqda ürəyim açılır. -Son dəfə sizi sevindirən nə olub? Son dəfə bir neçə gün bundan əvvəl mənə dəyər verdiyim bir insan tərəfindən sevgi etirafı edildi. Bu məni sevindirib. Çox həzz aldım bu sevgi etirafından. -Sevgidə bəxtiniz gətirib? Çox. Hətda bəzən elə insanlardan sevgi etirafı alıram ki, bu məni çox sevindirir. Qorxuram ki, gözə gələrəm. -Şou verilişlərini izləyirsizmi? Demək olar ki, yox. Təsadüfən. Amma istəyərdim ki izləyim. Əslində bu çox gözəldir. İnsan bir anlıq özündən uzaqlaşır. -Yeni ili harada qarşılayacaqsınız? Xaricdə qeyd etməyi düşünürəm.

Ozal İbrahimli

Fotolar müəllifindir

 

OXŞAR XƏBƏRLƏR