İstiqlal Muzeyində Cəmşid Naxçıvanskinin 120 illik yubileyinə həsr edilmiş tədbir keçiriləcək

MƏDƏNİYYƏT
15:06 24.08.2015
3644

Avqustun 26-da Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında general Cəmşid Naxçıvanskinin 120 illik yubileyinə həsr edilmiş “Naxçıvanski 120” adlı tədbir keçiriləcək.

Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi,  Müdafiə Nazirliyinin Mənəvi–Psixoloji Hazırlıq və İctimaiyyətlə əlaqələr İdarəsi rəisinin müavini, polkovnik Abdulla Qurbani, Azərbaycan Veteranlar Şurasının sədr müavini Cəlil Xəlilov və tarix üzrə fəlsəfə doktoru Mahir Qəribov generalın həyat və fəaliyyəti haqqında məruzə ilə çıxış edəcəklər.

Tədbirdə C. Naxçıvanskiyə həsr olunmuş sənədli filmi nümayiş etdiriləcək.

Qeyd edək ki, tədbirdə Prezident Qvardiyasının əsgərləri, Sərhəd Qoşunlarını Sahil Mühafizəsinin və Daxili Qoşunların şəxsi heyəti iştirak edəcək.

OXŞAR XƏBƏRLƏR