İsveç xarici işlər naziri Tobias Billström ölkəsində Qurana qarşı edilən hücumları "alçaqlıq” adlandırıb və hökumətinin bu cür hücumların təkrarlanmaması üçün qanunları dəyişdirməyə çalışdığını bildirib.
AZXEBER.COM xəbər verir ki, Əlcəzair Xarici İşlər Nazirliyindən verilən açıqlamada İsveç xarici işlər naziri Billström ilə Əlcəzair xarici işlər naziri Əhməd Attaf arasında telefon danışığı olduğu bildirilib.
Görüş zamanı İsveç naziri Billström ölkəsinin hökumətinin bu cür davranışın qarşısını almaq imkanlarını məhdudlaşdıran konstitusiya məhdudiyyətlərinin mövcudluğuna diqqət çəkərək, ölkəsinin "alçaq” kimi xarakterizə etdiyi bu hərəkətlərinə görə dərin təəssüf hissi keçirdiyini bildirib.
Qurana qarşı hörmətsizliyin təkrarlanmaması üçün çalışırıq”, - deyə o bildirib.
Ayşən