İtaliya klubunun prezidenti vəfat edib

İtaliya klubunun prezidenti vəfat edib
DÜNYA
13:10 17.01.2026
395
İtaliyanın "Fiorentina" futbol klubunun prezidenti Rokko Kommiso 76 yaşında vəfat edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Rəsmi şəxsin uzun sürən xəstəlikdən sonra vəfat etdiyi bildirilir. Sabiq rəhbərin xatirəsini əbədiləşdirmək üçün komandanın "Viola Park" təlim mərkəzinə Kommisonun adı veriləcək.

Qeyd edək ki, Rokko Kommiso 2019-cu ildən "Fiorentina"ya rəhbərlik edirdi.
 
"Report"
OXŞAR XƏBƏRLƏR