İtaliyalı gimnast yarış zamanı yıxılaraq komaya düşüb

İtaliyalı gimnast yarış zamanı yıxılaraq komaya düşüb
İDMAN
18:40 25.07.2025
164

23 yaşlı italiyalı gimnast Lorentso Boniçelli Almaniyada təşkil olunan Universiada zamanı yıxılaraq komaya düşüb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, idmançı komanda yarışında halqalarda hərəkətlərin icrası zamanı uğursuz eniş edib və boynundan zədələnib.

Təcili xəstəxanaya yerləşdirilən gimnast əməliyyat olunub. İtaliya yığması hadisədən sonra turniri tərk edib.

Beynəlxalq Gimnastika Federasiyasının texniki koordinatoru Stiv Butçer idmançının vəziyyətinin ən azı qarşıdakı 10 gün ərzində qeyri-müəyyən qalacağını bildirib.

Qeyd edək ki, Universiada iyulun 27-də başa çatacaq.
OXŞAR XƏBƏRLƏR