İtaliyalı hakim Qabriel Kacari futboldan iki il müddətinə uzaqlaşdırılıb.
Buna hakimin D Seriyası təmsilçisi "Pro Sesto" klubunun yarımmüdafiəçisi Alessandro Salenin xərçəng xəstəliyinə tutulmasını arzulaması səbəb olub.
Hadisə 2024-cü ilin noyabrında Kacarinin D Seriyasının B qrupunda "Milan" və "Pro Sesto" arasında keçirilən matçın baş hakimi olduğu zaman yaşanıb.
Futbolçu hakimin ona xərçəng xəstəliyinə tutulmasını arzuladığını əsas gətirərək əvəzlənməsini istəyib.
Qeyd edək ki, sözügedən görüş "Pro Sesto"nun 2:1 hesablı qələbəsi ilə başa çatıb.
///report