İtaliyanın baş naziri istefa verə bilər

İtaliyanın baş naziri istefa verə bilər
DÜNYA
23:57 20.07.2022
387
İtaliyanın baş naziri Mario Draqi iyulun 21-də istefa verə bilər.

Məlumata görə, məhz bu tarixdə parlamentin aşağı palatasında hökumətə etimad səsverməsinin keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, iyulun 20-də analoji səsvermə yuxarı palata – Senatda keçirilib və Draqinin xeyrinə başa çatıb. Lakin senatorların xeyli hissəsi, eyni zamanda üç partiya səsvermədə iştirakdan imtina edib.
OXŞAR XƏBƏRLƏR