İtkin düşmüş 17 yaşlı qız tapıldı

İtkin düşmüş 17 yaşlı qız tapıldı
SOSİAL
10:22 02.09.2024
157
Bakıda itkin düşmüş 17 yaşlı Şaymuradova Sevda Marat qızı tapılıb.

Bu barədə AZXEBER.COM-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, itkin düşmüş kimi axtarışa verilən yeniyetmə polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

Xatırladaq ki, S. Şaymuradova evdən təhsil kursuna getmək adı ilə çıxmış və geri dönməmişdi. Ailəsi onun oğurlandığını iddia edirdi.
OXŞAR XƏBƏRLƏR