Azərbaycanın İctimai Televiziyası (İTV) 60-cı “Eurovision” beynəlxalq mahnı müsabiqəsində ölkə təmsilçisini daxili seçim əsasında müəyyən edəcək.
Axşam.az-ın İTV-nin saytına istiandən məlumatına görə, yayımçı televiziya hazırda Azərbaycan təmsilçisinin bu ilin may ayında Avstriyanın paytaxtı Vyanada keçiriləcək “Eurovision” mahnı müsabiqəsindəki çıxışının təşkili üzərində işləyir.
Bəstəkarlar seçimə mahnıların audio versiyasını, sözlərini və özləri haqqında məlumatları təqdim etməlidirlər. Seçimlərdə iştirak etmək istəyənlər öz ərizələrini[email protected]/* */email ünvanına göndərə bilərlər. Ərizələrin qəbulu martın 6-dək davam edəcək.Azərbaycanın “Eurovision 2015” mahnı müsabiqəsindəki təmsilçisi və onun müsabiqə mahnısı martın 15-dək elan olunacaq.