00:48 çərşənbə Axşamı, 16 Iyul 2019
MEDİA

İTV-nin Yayım Şurasına yeni üzvlərin seçilməsi təklif edilir - ADLAR

10:31, 16.04.20191429
İTV-nin Yayım Şurasına yeni üzvlərin seçilməsi təklif edilir - ADLAR
İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına yeni üzvlərin seçilməsi təklif edilir.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin aprelin 23-də keçiriləcək növbəti plenar iclasında müzakirəyə çıxarılacaq.

Yayım Şurasına idman federasiyaları tərəfindən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Yusif Babanlı və Azərbaycan Qalaqapı Federasiyasının vitse-prezidenti Orxan Muxtarovun, dini konfessiyalar tərəfindən Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayevin, yaradıcılıq təşkilatları tərəfindən isə Azərbaycan Bəstəkarlar İttifaqının katibi Zemfira Qafarovanın və Azərbaycan Bəstəkarlar İttifaqının baş məsləhətçisi Cəmilə Həsənovanın namizədliyi irəli sürülüb.
XƏBƏR LENTİ