İyul pensiyaları bu tarixdə veriləcək

İyul pensiyaları bu tarixdə veriləcək
SOSİAL
21:22 07.07.2026
340
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 14-dən, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyalarının bu ayın 22-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub.

AZXEBER.COM xəbər verir ki, bu barədə  Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.

Qeyd olunub ki, ünvanlı sosial yardımların da bu ayın 24-dən gec olmayaraq ödənilməsi planlaşdırılır.
OXŞAR XƏBƏRLƏR