"İyulun 1-i və 2-nə diqqət!" - Astroloqdan XƏBƏRDARLIQ

"İyulun 1-i və 2-nə diqqət!" - Astroloqdan XƏBƏRDARLIQ
MARAQLI
17:16 30.06.2025
211
30 İyun - 6 İyul 2025-ci il üçün həftəlik ulduz falı şərhləri açıqlanıb.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə astroloq Hande Kazanova öz sosial media hesabında paylaşım edib.
 
O, paylaşımda bildirib:
 
"1-i ayın çərşənbə axşamı gününə təsadüf edir, 2-si isə çərşənbə günü səma çox gözəl enerjilərlə dolu olacaq. Ayın 1-i və 2-sini yaxşı dəyərləndirin.

Ayın 5-i və 6-sı şənbə və bazar günləri səma bizə göz qırpacaq. Xüsusilə şənbə günü hərəkətə keçmək istədiyimiz mövzularda gözəllik, baxım və özümüzə qulluqla bağlı məsələləri aktivləşdirə bilərik. Bazar günü isə taleyüklü inkişaflar altında olacağıq, sevdiklərimizlə vaxt keçirmək önəm qazanacaq.

30 iyul həftəsinə Ayın Qız bürcündəki hərəkəti ilə daxil oluruq. Gündəmdə iş həyatı, gündəlik nizam, iş şəraiti və sağlamlıqla bağlı məsələlər olacaq. İyul ayı da bu mövzularla başlayacaq. 4 iyul cümə günü Veneranın Uranusla qovuşması münasibətlərdə gözlənilməz inkişaflara, sarsıdıcı dəyişikliklərə işarə edir.

Bu qovuşmanın Buğa bürcündə və 29-cu dərəcədə baş verməsi maliyyə sistemlərində qeyri-sabitlik siqnalları verir. Qlobal bazarlar baxımından diqqətçəkən inkişaflar yaşana bilər. Veneranın Əkizlər bürcünə keçidi ilə münasibətlərdə daha yüngül, maraq dolu, ünsiyyətə əsaslanan bir dövr başlayır. Flörtlər arta bilər, qısa səfərlər cazibədar ola bilər, emosional deyil, zehni bağlar ön plana çıxa bilər. Amma seçimlərin çoxluğu qərarsızlığı da birlikdə gətirə bilər.

Şənbə günü xəyal gücünün planeti Neptun geriyə hərəkətə hazırlaşır. Mart ayından bəri xəyalını qurduğumuz layihələri indi dəyərləndirmə zamanıdır. Bazar günü Veneranın Saturn və Neptunla müsbət bucaqları münasibətlərdə tarazlıq və sabitlik qurmaq üçün fürsətlər təqdim edəcək. İncəsənət, dizayn, kino və musiqi ilə maraqlananlar üçün ilhamverici təsirlər aktiv olacaq".
 
Oksana

OXŞAR XƏBƏRLƏR