Jelko Kopiç: "Mahir Emreli formada deyil"

Jelko Kopiç: "Mahir Emreli formada deyil"
İDMAN
19:29 23.02.2022
483
"Sevilya" ilə oyunda Mahir Emrelinin mübariz formada olmadığı göründü".

Bunu "Dinamo" (Zaqreb) komandasının baş məşqçisi Jelko Kopiç Xorvatiyada İspaniya "Sevilya"sına qarşı keçirəcəkləri UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

45 yaşlı mütəxəssis azərbaycanlı hücumçunun uzun müddət məşq etmədiyini və komandaya gec qoşulduğunu xatırladıb: "Onun gəlişi də gecikdi. Hücumçunu yavaş-yavaş mümkün olan ən yaxşı vəziyyətə gətirəcəyik. İnanırıq ki, tezliklə bizə meydanda nə isə qazandırmağı bacaracaq".

Qeyd edək ki, fevralın 24-də keçiriləcək "Dinamo" - "Sevilya" matçı Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Komandalar arasındakı ilk görüşdə Zaqreb təmsilçisi 1:3 hesabı ilə uduzub.
OXŞAR XƏBƏRLƏR