ABŞ vitse-prezidenti Co Baydenin sponsor görüşünü işıqlandırmalı olan Florida qəzetlərindən birinin reportyoru qəribə şəkildə həbs edilib. Drudge Report saytının verdiyi məlumata görə Orlando Sentinel qəzetinin reportyoru Skott Pauers görüş yerinə gəlib, lakin vitse-prezidentin köməkçisi ona öz peşə fəaliyyətini yerinə yetirməyə imkan verməyib. Məmur jurnalisti anbara aparıb, özü də qapının ağzını kəsib ki, Pauers ordan çıxa bilməsin. Bu tədbirdə Bayden məşhur biznesmen və filantirop Alan Ginsburqla görüşürdü. Vitse-prezident demokrat senator Bill Nelsonun Florida ştatından yenidən öz postuna seçilməsinin lehinə çıxış edəcəkmiş. Görüşdə bir sıra yüksək vəzifəli şəxslər varmış. Baydenin köməkçisi jurnalistin bu qonaqlarla ünsiyyətinə mane olub. Anbarda bir neçə saat keçirən jurnalist görüşdə cəmi 35 dəqiqə iştiprak edəndən sonra ona yenə də anbara atıblar, artıq tədbir qurtarandan bir saat sonra buraxıblar.
Həmin müddətdə jurnalistə cəmi bir stəkan su veriblər. Jurnalistin anbarda saxlandığı vaxt Co Bayden Obama administrasiyasının demokratiyaya sədaqəti və insan haqları barədə çıxış edirmiş.