Jurnalistin qatillərinin məhkəməsindən sonra gərginlik - FOTOLAR

Jurnalistin qatillərinin məhkəməsindən sonra gərginlik -  FOTOLAR
SOSİAL
12:38 01.04.2016
4555
Bakı Ağır Cinayətlər Məhkəməsində ann.tv saytının əməkdaşı Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin məhkəmə prosesindən sonra məhkəmə binası qarşısında gərginlik yaranıb.
Daha çox təqsirləndirilən Samir Mustafayevin yaxınları narazılıq ediblər. Onun bacısı bildirib ki, qardaşı günahsızdır: “Allah Elşənin bəlasını versin. Qardaşımı bədbəxt etdi. Hamı görür ki, qardaşım günahsız idi”.
Samir Mustafayevin yaxınları vətəndaşlıqdan imtina edəcəklərini, Amerika səfirliyinə müraciət edəcəklərini bəyan ediblər.
Azadlıqdan məhrum edilən şəxslərin yaxınları qərara etiraz edib, jurnalistləri yalan xəbərlər yaymaqda günahlandırıblar.
Qyd edək ki, məhkəmənin hökmü ilə E.İsmayılov 13, A.Əliyev 12 il 6 ay , C.Məmmədov 11 il, S.Mustafayev və K.Mədətov 9 il müddətinə azadlıqdan məhrum edilib.
musavat.com
OXŞAR XƏBƏRLƏR