Jurnalistlərin növbəti vaksinasiyasının vaxtı açıqlandı

Jurnalistlərin növbəti vaksinasiyasının vaxtı açıqlandı
MEDİA
20:29 26.05.2021
407
Mayın 31-də Azərbaycan Mətbuat Şurasında jurnalistlərin vaksinasiyası həyata keçiriləcək.

AZXEBER.COM bildirir ki, həmin gün həm aprelin 26-da COVID-19 infeksiyasına qarşı vaksin olunmuş jurnalistlərə vaksinin ikinci dozası tətbiq ediləcək, həm də vaksinasiyadan keçməmiş media təmsilçilərinə peyvənd olunmaq üçün şərait yaradılacaq.

Mətbuat Şurası KİV redaksiyalarından yaşı 18-dən yuxarı olan və vaksinasiyadan hələ keçməmiş əməkdaşlarının siyahısını Şuraya ünvanlamağı xahiş edir. Siyahı redaksiyanın rəsmi blankında olmalı və möhürlə təsdiqlənməlidir.
OXŞAR XƏBƏRLƏR