Kəlbəcər gəncləri Kəlbəcərin işğal gününü andılar

MARAQLI
08:36 04.04.2011
2635
Bununla əlaqədar olaraq, Kəlbəcər rayon ziyalıları və gəncləri “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin təşkil etdiyi tədbirlə işğalın anım gününü qeyd ediblər. 

Tədbiri giriş sözü ilə açan ictimai birliyin nümayəndəsi Həbib Misirov Kəlbəcərin zəngin tarixinə nəzər salaraq, qonaqlara bu möhtəşəm ərazinin yüksək mədəni-mənəvi dəyərlərindən danışıb. Kəlbəcərdə xalqımızın başına gətirilən dəhşətli, qanlı faciələrdən biri olan Aşıq Şəmşirin yurd yerinin təcavüzə məruz qalmasından və burada yaşanan “Ağdaban” hadisələrindən geniş söhbət açan Həbib Misirov, gəncləri bu olayları heç zaman unutmamağa, daim təbliğat maşınını işlək saxlamağa çağırdı. O, eyni zamanda füsunkar Kəlbəcərin düşmən tapdağı altında qalmasının tarixi səbəbləri sırasında öz mənfur xislətini göstərməkdə heç də yağıdan geri qalmayan radikal müxalifətin də rolunu önə çəkib. Bunun bariz nümunəsi kimi Kəlbəcərin işğalının ildönümündə ölkədə iğtişaşlar törətməklə, dövlət çevrilişinə cəhd edib, xain, satqın əməllərini bir daha sərgiləyən radikal müxalifəti pisləyərək, Kəlbəcər gəncləri də daxil olmaqla bütün ölkə gəncliyini belə mənfi meyillilərdən yayınmağa, dövlətə sədaqətlə qulluq etməyə səsləyib.

Tədbirdə öz növbəsində çıxış edən gənclər də Kəlbəcərin və bütünlükdə Qarabağın işğal faktını dünya ictimaiyyətinə çatdırmağı, təbliğat-təşfiqat işlərini sürətlindirməyi üzərilərinə düşən ən böyük ümdə vəzifələrdən biri olduğunu bildiriblər. Gənclər onu da vurğulayıblar ki, zaman-zaman xalqına müxtəlif xain davranışlar sərgiləyən radikal müxalifəti heç vaxt dəstəkləməyəcəklər və bildiriblər ki, bu gün də onların yaddaşında ifrat müxalifətin daha bir tarixi xainliyi həkk oldu.

Tədbirə aparıcılıq edən gənc ziyalı, istedadlı elm xadimi Ələmdar Cabbarlı da Kəlbəcəri öz möhtəşəm poemasından bir parça ilə anaraq, ölkədə baş verən proseslərdə Kəlbəcər gənclərinin seçimlərinə alternativ baxışın mümkünsüzlüyünə hər kəsi əmin edib və bununla bugünki, gəncliyin dövlətimizin siyasətinə dəstək verdiyini bəyan etdi.

Mərasimdə Kəlbəcər rayon məktəblilərinin dilindən Aşıq Şəmşirin, Bəhman Vətənoğlunun şerləri səsləndirldi. Tədbir İctimai Birliyin Kəlbəcər haqqında hazırlanmış videoçarxın nümayişi ilə sona çatdı.

Eldar İBRAHİMOĞLU



OXŞAR XƏBƏRLƏR