17:46 çərşənbə, 26 Iyun 2019
SOSİAL

Kafedə qadını bıçaqlayaraq öldürdülər

22:49, 24.05.20197909
Kafedə qadını bıçaqlayaraq öldürdülər
Ağdam rayonunda kişi qadına çoxsaylı bıçaq xəsarətləri yetirərək öldürüb.

Hadisə rayonun Əhmədağalı kəndində yerləşən "Balıqçılıq” kafesində qeydə alınıb. 

Belə ki, rayonun Yuxarı Yüzbaşılı kənd sakini, 1964-cü il təvəllüdlü Təzəgül Sadıq qızı Vəliyeva həmyerlisi Evoğlu kənd sakini, 1969-cu il təvəllüdlü Ayaz Kərim oğlu Quliyev tərəfindən bıçaqla öldürülüb. Yaralı Ağdam Rayon Mərkəzi Xəstəxanasına, daha sonra Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.(report.az)
XƏBƏR LENTİ