Kafedən oğurluq edən iki şəxs saxlanıldı - VİDEO

Kafedən oğurluq edən iki şəxs saxlanıldı - VİDEO
KRİMİNAL
15:58 03.02.2026
505
Nəsimi rayonu ərazisində yerləşən kafelərin birindən oğurluq hadisəsi qeydə alınıb.
 
AZXEBER.COM xəbər verir ki, naməlum şəxslər kafenin arxa hissəsində yerləşən pəncərədən içəri daxil olaraq 160 manat pul və 400 manat dəyərində 2 mobil telefon oğurlayıblar.

Nəsimi RPİ 19-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluqla əlaqəli cinayətlərə görə məhkum olunmuş E.Fərzəliyev və E.Qasımov müəyyən edilərək saxlanılıblar. Onların taladıqları telefonları satdıqları məlum olub.

Araşdırma aparılır.
 

OXŞAR XƏBƏRLƏR