Kamala Harris ABŞ-nin keçmiş Prezidentinə təşəkkür edib

Kamala Harris ABŞ-nin keçmiş Prezidentinə təşəkkür edib
DÜNYA
20:46 26.07.2024
205
ABŞ prezidentliyinə namizəd Kamala Harris keçmiş Prezident Barak Obama və xanımı Mişel Obamanın dəstəyini yüksək qiymətləndirdiyini bildirib.

"Report"un məlumatına görə, o, bu barədə "X" sosial şəbəkəsindəki hesabında yazıb.

Qeyd edək ki, Barak Obama bu həftənin əvvəlində həyat yoldaşı ilə birlikdə Harrisə zəng edərək dəstəklərini ifadə ediblər.
OXŞAR XƏBƏRLƏR